Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Fevral 2022 08:44
Türkiyə futbol tarixinin əfsanəvi oyunçularından biri, "Qalatasaray"ın və milli komandanın sabiq hücumçusu, "Qızıl buts" mükafatına layiq görülən yeganə türk futbolçu Tanju Çolak Naxçıvan Muxtar Respublikasında səfərdədir.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, 59 yaşlı veteran hücumçunun səfəri Naxçıvan Futbol Federasiyasının dəvəti ilə gerçəkləşib.
Burada sabiq futbolçu ilə azarkeşlər arasında görüş təşkil olunub. Qonaq əvvəlcə azarkeşləri maraqlandıran sualları cavablandırıb. Ardınca azyaşlı uşaqlara imzalı toplar hədiyyə edib.