Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xəstələrin yeməyi icbari sığorta tərəfindən necə qarşılanır?

Xəstələrin yeməyi icbari sığorta tərəfindən necə qarşılanır?

Tarix: 22 Fevral 2022 21:36

"Xəstəxanada yatış zamanı pasiyentin instrumental və laborator müayinələri icbari tibbi sığorta xidmətləri çərçivəsində tam qarşılanır".

Bu barədəİcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşı Ülviyyə Novruzova məlumat verib.
"Xəstəxanada yatış zamanı instrumental və laborator müayinələrin aparılması, həkim müşahidəsi, terapevtik və cərrahi müayinələrin aparılması, istifadə edilən dərman və tibbi sərflər, eləcə də gündəlik qidalanma icbari tibbi sığorta təminatına daxildir".

O qeyd edib ki, təcili və təxirəsalınmaz tibbi yardım zamanı, eləcə də xəstəxanada stasionar müalicə zamanı yatış müddəti ərzində pasiyentə istifadə olunan dərman vasitələri icbari tibbi sığorta təminatına daxildir. Ambulator müalicə üçün həkim tərəfindən resept şəklində təyin edilən dərman vasitələri isə icbari tibbi sığorta tərəfindən təmin olunmur.

Milli.Az


Etiketlər:  Xəstələrin yeməyi icbari sığorta tərəfindən necə qarşılanır


RƏYLƏR