Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanın xalq artisi vəfat etdi

Azərbaycanın xalq artisi vəfat etdi

Tarix: 23 Fevral 2022 10:10

Azərbaycanın Xalq artisti, qaboyçusu, bəstəkarı və pedaqoqu Kamil Cəlilov dünyasını dəyişib. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, 84 yaşında vəfat edən musiqiçi bu gün torpağa tapşırılacaq. 

Qeyd edək ki, 1938-ci il yanvarın 29-da Buzovnada anadan olan K.Cəlilov qoboy alətini muğam janrına gətirən ilk ifaçıdır. Bəstəkar Fikrət Əmirovun qoboy və fortepiano üçün "Altı pyes"inin ilk ifaçısıdır. 1990-cı ildə Kamil Cəlilovun ifa etdiyi "Zəminxarə" muğamı Qara Yanvar hadisələri ilə sıx əlaqələndirilir. Ailəli idi, 3 qızı var. 

Xatırladaq ki, xalq artisti, qaboy alətinin mahir ifaçısı bu yaxınlarda 31-ci ildönümünü qeyd etdiyimiz 20 Yanvar faciəsinin ağrı-acısının musiqi dili ilə xalqa çatdırılmasında böyük xidmətlər göstərib. 

Milli.Az


Etiketlər:  Azərbaycanın xalq artisi vəfat etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ