Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanlı biznesmenin evinə qumbara atıldı

Azərbaycanlı biznesmenin evinə qumbara atıldı

Tarix: 23 Fevral 2022 13:44

Gürcüstanın Laqodexi bələdiyyəsinin Qabal kəndində Camal Niyazovun evinin həyətinə əl qumbarası atılıb.

Milli.Az "Report"a istinadən xəbər verir ki, C.Niyazov həyat yoldaşı ilə birgə evdə olsa da, xəsarət almayıblar.

Hadisə nəticəsində evin divar və pəncərələri zədələnib. Hazırda şahidlər dindirilir, hadisə yerində istintaq tədbirləri həyata keçirilir.

C.Niyazov iş adamıdır. O, Qabal kəndinin keçmiş səlahiyyətlisidir.

Yerli mətbuatın yaydığı mlumata əsasən, C.Niyazovun oğlu Amil Niyazov 2021-ci ilin oktyabrında Qabalda analoji insidentdən sonra axtarışa verilib. O, Laqodexi bələdiyyəsinin üzvü olub.

Milli.Az


Etiketlər:  Azərbaycanlı biznesmenin evinə qumbara atıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ