Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Serenayla Merve azərbaycanlı müğənninin mahnısını müzakirə etdi

Serenayla Merve azərbaycanlı müğənninin mahnısını müzakirə etdi

Tarix: 23 Fevral 2022 18:20

Türkiyəli aktrisalar Serenay Sarıkaya və Merve Dizdar "İbrahim Selim ile bu gece" verilişində qonaq olub.

Milli.Az olay-a istinadən xəbər verir ki, aparıcı Serenaya "Bu aralar dilinə düşən və qulaq asmaqdan utandığın mahnı hansıdır" sualını verib.

Aktrisa isə "Bu mahnını dinləməkdən utanmıram, düşünürəm ki, hər kəsə o mahnını mən sevdirmişəm" sözləri ilə cavab verib və azərbaycanlı müğənni Sura İskəndərlinin "E daha-daha nasılsınız" (Yok) mahnısını oxumağa başlayıb.

"O mahnıdan ötrü ürəyim gedir. Hər yerdə qışqıra-qışqıra onu dinləmişəm", - deyə, Serenay bildirib.

Aparıcı İbrahim Selim də "Bəli, biz də çox dinləmişik" sözləri ilə aktrisanın fikirlərinə dəstək olub. O daha sonra tamaşaçılara üz tutaraq "Hər kəs bilir o mahnını" sualını ünvanlayıb. Serenay isə "Bilməmək mümkün deyil" sözləri ilə ona cavab verib.

Aktrisa Merve Dizdar mahnı haqda fikirlərini belə ifadə edib:

"Bu mahnı depresiya mahnısıdır. Belə şeylər mənə təsir edir. Sözləri çox kədərlidir. Bu mahnıya qulaq asanda əhvalım korlanır. Deyir ki, kirayəmi ödəyə bilmirəm, həyatım çox pis gedir. Oradakı pozitiv sözləri də yanlış qəbul edirəm. Bu mahnını sonra dinləyin, gözəl mahnıdı, amma əhvalı korlayır. Əvvəli çox əladı, ikinci hissə korlayır. Çox pisdir, məni məhv etdi".

Proqramın digər qonağı Ezgi Mola Mervəyə "Serenay bu sözləri pozitiv qəbul edir, sən isə əksinə" sözlərini deyib.

Daha sonra verilişdə mahnı yenidən səsləndirilib. Serenay və İbrahim Selim Merveylə razılaşdıqlarını bildirib.

Milli.Az


Etiketlər:  Serenayla Merve azərbaycanlı müğənninin mahnısını müzakirə etdi


RƏYLƏR