Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu qurdlar uşaqlara ev heyvanlarından keçir

Bu qurdlar uşaqlara ev heyvanlarından keçir

Tarix: 23 Fevral 2022 19:48

"Uşaqlarda rast gəlinən qurd xəstəliklərinin bəziləri onlara ev heyvanlarından keçir".

Milli.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Erkin Rəhimov bildirib.

O qeyd edib ki, bir çox hallarda ev heyvanlarından uşaqlara toksokara qurdu keçir: "Toksokara qurdunun itdən və pişikdən yoluxan iki növü var. Exinakok da heyvanlardan yoluxan qurddur. Lakin təbiətdə gəmiricilərdən və başqa heyvanlardan da qurdlar uşaqlara keçə bilir".

Həkim, həmçinin əlavə edib ki, qurdların bəziləri uzun müddət uşağın bədənində yaşaya bilsə də, bəziləri, o cümlədən enterbioz az müddətdə bədəndə qalır.

Milli.Az


Etiketlər:  Bu qurdlar uşaqlara ev heyvanlarından keçir


RƏYLƏR