Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Fevral 2022 15:20
Xəzər rayonunun Buzovna qəsəbəsinin Albalılıq yaşayış massivində yaşayan sakinlər 13 ildir ki, sözün əsl mənasında qaz üzünə həsrətdilər. Sakinlər bununla bağlı dəfələrlə aidiyyəti quruma müraciət etsələr də, nəticəsi olmayıb. Bildirilib ki, sözügedən evlər, neft ərazisində qanunsuz tikilib. Həmin əraziyə isə qaz xəttinin çəkilməsi qadağandır.
Bura paytaxtın Xəzər rayonunun Buzovna qəsəbəsində 30-35 ailənin yaşadığı Səmədzadə küçəsidir. Sakinlər iddia edir ki, 13 ildir qaz xətti olmadığından, isinmək üçün odun sobasından istifadə edirlər.
Sakinlər bildirir ki, yaşadıqları evlərin qazlaşdırlması üçün aidiyyəti qurumlara dəfələrlər müraciət ediblər. Lakin məsələ həllini tapmayıb.
Məsələ ilə əlaqədar Azəriqaz İstehsalat birliyinin mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev bildirdi ki, ərazidə tikilmiş fərdi yaşayış evlərinin qazlaşdırılması nəzərdə tutulmayıb.
Eldəniz Vəliyev onu da qeyd edib ki, həmin ərazidə bəzi evlərin qazlaşması əvvəllər pərakəndə şəkildə sakinlər tərəfindən aparılıb. Azərqaz istehsalat birliyi isə məcbur olub qaz itkisinin qarşisini almaq baximindan həmin evlərin sayqacla təmin olunmasina şərait yaradıb. Lakin, indiki halda neft ərazisinə daxil olan fərdi evlərin qazlaşmasina çox ciddi şəkildə nəzarət olunur və bu ərazilərin qazlaşmasi yolverilməz hesab olunur.
Sonxeber.net xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir: