Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Beqoviç ''Qarabağ''la müqavilə imzaladı

Beqoviç ''Qarabağ''la müqavilə imzaladı

Tarix: 6 Sentyabr 2019 16:56

"Qarabağ"ın yeni transferi Asmir Beqoviç bu gün səhər saatlarında Bakıya gəlib.

Qol.az klubun saytına istinadən xəbər verir ki, bosniyalı qapıçı tibbi müayinədən keçdikdən sonra klubun bazasında rəsmi müqaviləyə imza atıb. Beqoviç bu gün komanda ilə ilk məşqinə çıxacaq.

Qeyd edək ki, Ağdam klubu 32 yaşlı qolkiperi İngiltərə Premyer Liqasında çıxış edən "Bornmut"dan ilin sonuna qədər icarəyə götürüb.

Beqoviç İngiltərədə müxtəlif vaxtlarda “Çelsi”, “Stok Siti”, “Portsmut”, “Yovil Taun”, “İpsviç Taun”, həmçinin Belçikada “La Luvyer” komandalarında da oynayıb.
 


Etiketlər:  Beqoviç Qarabağla müqavilə imzaladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ