Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Fevral 2022 23:02
Konfrans Liqasında keçirilən "Qarabağ" - "Marsel" oyununda maraqlı an yaşanıb.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov rəqib futbolçuların İbrahima Vadjinin qolu əllə vurmasından sonra futbolçusunu yanına çağırıb.
O, futbolçusuna qolu əllə vurub-vurmadığını soruşub. İbrahima Vadji isə qolu əllə vurduğunu etiraf edib və Qurbanov ona bunu hakimə deməsini bildirib.
Nəticədə qol sayılmayıb. Buna görə rəqibin ulduz futbolçusu Dmitri Payet Qurban Qurbanova təşəkkür edib.