Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avroliqa: “Barselona” 1/8 finalda! - FOTO

Avroliqa: “Barselona” 1/8 finalda! - FOTO

Tarix: 25 Fevral 2022 07:32

Bu gün futbol üzrə Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunları keçirilib.

Milli.Az matc.az-a istinadən bildirir ki, əsas diqqətlər "Dieqo Armando Maradona" stadionunda keçirilən "Napoli" - "Barselona" matçına yönəlib. Bu komandalar arasındakı ilk qarşılaşma 1:1 hesabı ilə başa çatmışdı. Məhsuldar keçən cavab görüşündə isə Kataloniya təmsilçisi inamlı qələbə qazanmaqla növbəti mərhələyə yüksəlib.

Mahir Emrelinin şərəfini qoruduğu Zaqreb "Dinamo"su isə "Sevilya"ya ilk oyundakı 1:3 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışıb. Amma Xorvatiya təmsilçisinin minimal hesablı qələbəsi mərhələ adlamaq üçün yetərli olmayıb.

Avropa Liqası
1/16 finalın cavab oyunları
24 fevral

Dinamo (Zaqreb, Xorvatiya) - Sevilya (İspaniya) 1:0
Qol: Orşiç, 65-pen.
İlk oyun - 1:3

Latsio (İtaliya) - Portu (Portuqaliya) 2:2
Qol: İmmobile, 19. Kataldi, 90+5 - Taremi, 31. Uribe, 68.
İlk oyun - 1:2

Real Sosyedad (İspaniya) - Leypsiq (Almaniya) 1:3
Qol: Zubimendi, 67 - Orban, 39. A.Silva, 59. Forsberq, 89-pen.
İlk oyun - 2:2

Olimpiakos (Yunanıstan) - Atalanta (İtaliya) 0:3
Qol: Mehle, 40. Malinovski, 67; 69.
İlk oyun - 1:2

Napoli (İtaliya) - Barselona (İspaniya) 2:4
Qol: İnsinye, 23-pen. Politano, 87 - Alba, 8. De Yonq, 13. Pike, 45. Obameyanq, 59.
İlk oyun - 1:1

Betis (İspaniya) - Zenit (Rusiya) 0:0
İlk oyun - 3:2

Braqa (Portuqaliya) - Şerif (Moldova) 2:0 (penaltilər 3:2)
Qol: Medeyros, 17. Horta, 43.
İlk oyun - 0:2

Reyncers (Şotlandiya) - Borussiya (Dortmund, Almaniya) 2:2
Qol: Tavernye, 22-pen; 57 - Bellingem, 31. Malen, 42.
İlk oyun - 4:2

Milli.Az


Etiketlər:  Avroliqa Barselona 18 finalda FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ