Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Fevral 2022 10:08
2022-ci il döyüş hazırlığı planına əsasən Quru Qoşunlarında "Snayper hazırlığı" kursu davam edir.
Kurs müddətində hərbi qulluqçular snayper tüfənglərinin taktiki-texniki xüsusiyyətlərinə yiyələnməklə yanaşı, atəş hazırlığı üzrə praktiki vərdişlərini də təkmilləşdirirlər.
Məşğələlər zamanı snayperlər atəş mövqeyinin seçilməsi, maskalanma, müxtəlif məsafələrdə yerləşən hədəflərin aşkar olunaraq sərrast atəşlə məhv edilməsi və digər tapşırıqları uğurla yerinə yetiriblər.