Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Fevral 2022 15:38
"Ukrayna hərbçiləri silahı yerə qoyan kimi Rusiya istənilən an Ukrayna ilə bağlı danışıqlara hazırdır".
Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın xarici işlər naziri Sergey Lavrov açıqlayıb.
Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski bu gün xalqa növbəti videomüraciətində bildirib ki, gec-tez Rusiya ilə Ukrayna arasında danışıqlar başlamalıdır: "Rusiya gec-tez bizimlə danışığa başlamalı olacaq. Bu, nə qədər tez baş verərsə, Rusiyanın itkiləri bir o qədər az olacaq".