Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukraynada azərbaycanlı ailənin 3 üzvü aviazərbədən öldü - FOTO

Ukraynada azərbaycanlı ailənin 3 üzvü aviazərbədən öldü - FOTO

Tarix: 26 Fevral 2022 00:06

Ukraynanın Xerson şəhərində yaşayan azərbaycanlı ailə faciə ilə üzləşib.

Sonxeber.net modern.az-ə istinadən xəbər verir ki, əslən Cəbrayıl rayonunun Balyand kəndindən olan Qoşqar Fərzəliyevin həyat yoldaşı və iki övladı Xerson şəhərinə endirilən aviazərbələr nəticəsində dünyasını dəyişib.

Qoşqar Fərzəliyevin yaxınları bildiriblər ki, onun qızı Sabina və oğlu Zaur hadisədən əvvəl şəhərin yaxınlığında olublar. Natalya Fərzəliyeva övladlarını götürmək üçün maşınla ora yollanıb. Bir qədər getmiş onların olduğu avtomobil aviazərbəyə məruz qalıb.

Hadisə zamanı Qoşqar Fərzəliyevin həyat yoldaşı Natalya Fərzəliyeva və övladları həlak olub.

Q.Fərzəliyev həmin vaxt orada olmayıb.

Qeyd edək ki, Sabina Fərzəliyeva ötən il universiteti bitirib, qardaşı Zaur isə tələb idi. Onlar Ukrayna vətəndaşları olublar.


Etiketlər:  Ukraynada azərbaycanlı ailənin üzvü aviazərbədən öldü FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ