Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Fevral 2022 00:18
Böyük Britaniya Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq edib.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Baş naziri Boris Conson Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin müzakirə edildiyi NATO Fövqəladə Zirvə toplantısındakı çıxışında bildirib.
Conson NATO liderlərinə Ukraynanı fəlakətin bürüdüyünü və Putinin Soyuq Müharibədən sonrakı nizamı pozmaq üçün qisasçı missiya ilə məşğul olduğunu deyib.
Məhdudiyyətlər Putinlə Lavrovun Məhdudiyyətlər aktivlərinin dondurulmasını nəzərdə tutur. Böyük Britaniyanın sanksiyalar siyahısında olan əvvəlki şəxslərdən fərqli olaraq, Lavrov və Putinin ölkəyə girişinə qadağa qoyulmayıb.