Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Fevral 2022 09:00
Bildiyimiz kimi, koronavirusun əsas hədəfi ağciyərdir. Koronavirusun ən yayılmış ağırlaşması ağciyər iltihabı və ya tibbi dildə desək pnevmoniyadır.
Saglamolun.az bildirir ki, koronavirus pnevmoniyasının əsas simptomu saturasiya göstəricisinin kəskin aşağı düşməsidir. Saturasiya nədir? Saturasiya qanın oksigenlə doyması deməkdir.
Koronavirus ağciyərdə qaz mübadiləsinə cavabdeh olan alveolları zədələyir və bu proses ağciyərin çox geniş sahələrini əhatə edə bilər. Bunun nəticəsində orqanizmdə oksigen çatışmazlığı yaranır ki, bu hal özünü saturasiyanın kəskin aşağı düşməsi ilə büruzə verir.
Oksigen çatışmazlığı çox təhlükəli vəziyyətdir. Bu zamanı bir çox orqan və sistemlər (beyin, ürək və s.) əziyyət çəkir, onlarda müxtəlif pozulmalar yarana bilər. Kəskin oksigen çatışmazlığı nəticəsində insan həlak ola bilər. Bu səbəbdən saturasiyanın düşməsini vaxtında aşkar etmək çox vacibdir.
Saturasiya kiçik bir cihaz olan pulsoksimetrin köməyi ilə ölçülür. Cihaz barmağa taxılır.
Böyüklərdə saturasiyanın normal göstəricisi 95-100%. Əgər sizdə saturasiya 94% və bundan aşağıdırsa, vaxt itirmədən həkimə müraciət edin. Bu ağciyərdə inkişaf edən patoloji prosesə işarə edə bilər.