Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Fevral 2022 09:25
Müğənni Xatirə İslam aktrisa Məlahət Abbasovanın Ukrayna Prezidenti Volodimir Zelenski haqda yazdığı fikirləri tənqid edib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, sənətçi sosial şəbəkədə onun sözlərinə belə münasibət bildirib:
"İlk onu deyim ki, istənilən insan ölkə başçısı ola bilər. Prezident olmaq üçün xüsusi ali təhsil müəssisəsi yoxdur. Azərbaycan tərəfindən bu cür yanaşmanı istəməzdim. Heç olmasa, sakit oturun. Ronald Reyqan yaxşı aktyor, həm də yaxşı prezident olub. Amerika kimi böyük dövlətdə 2 dəfə seçilib. Belə həssas dönəmdə kimsə səhvən danışa bilər, amma bunu yazıb yayımlamaq Azərbaycan adına yaraşmır, bunu etməyək".
Qeyd edək ki, Məlahət Abbasova "show_news" səhifəsindəki paylaşımlardan birinə "Zelenski aktyor, ssenarist və rejissordur. Yumorist siyasətçidir. Siyasət onun işi deyildi. Aktyordan lider olar? Adama deyərlər get aktyorluğunu, rejissorluğunu et. Əlbəttə ki, yalnız qalacaqsan" sözlərini yazmışdı. Onun bu fikirləri tənqidlərə səbəb olmuşdu.