Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Fevral 2022 13:44
Vergilər sahəsində hazırki vəziyyət və tələb edilən yeniliklər aidiyyəti dövlət qurumlarının iştirak etdiyi forumda geniş müzakirə edilib. Prezidentin köməkçisi Şahmar Mövsümov və İqtisadiyyat naziri Mikayıl Cabbarov vergilər sahəsində mövcud vəziyyəti dəyərləndirərək bir sıra təkliflərlə çıxış ediblər. Vurğulanıb ki, bu sahədə innovasiyaların tətbiqi böyük önəm daşıyır.
''Vergilər sahəsində həyata keçirilən islahatlar sahibkarların işini asanlaşdırır, şəffaf vergi sistemi isə gəlirlərin artmasına öz töhfəsini verir''. Bunu "İnklüziv və davamlı inkişaf üçün vergi islahatları: rəqəmsal transformasiya ilə könüllü əməletməyə doğru" mövzusunda Vergi Forumunda prezidentin köməkçisi Şahmar Mövsümov bildirib. O, ölkənin iqtisadi hədəfləri və vergi sistemi qarşısında duran çağırışlardan danışıb.
Tədbirdə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov vergilər sahəsində yeni innovasiyaların tətbiqinin böyük önəm daşıdığını vurğulayıb.
Konfransda Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli təqdimatla çıxıb edib və vergi sistemində reallaşdırılan islahatlar, həyata keçirilən tədbirlərdən danışıb.
Konfransda çıxış edən digər qonaqlar ölkədə yaranmış yeni iqtisadi şəraitdə biznes mühitinin dəstəklənməsi, iqtisadi idarəetmənin yeni çağırışlara uyğun həyata keçirilməsi və vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirləri müsbət qiymətləndirib və aparılacaq islahatlara dair təkliflərini səsləndiriblər.
Sonxeber.net xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir: