Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Fevral 2022 15:24
"Biz ayağa qalxdıq və düşmənin hücumlarına qarşı uğurla mübarizə aparırq. Bir çox şəhərdə döyüşlər davam edir".
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Feysbukda paylaşdığı video çıxışında deyib.
O bildirib ki, onlar ölkəni, torpağı, uşaqların gələcəyini qoruyurlar:
"Kiyev və paytaxt ətrafındakı əsas şəhərlər ordumuzun nəzarətdədir. İşğalçılar dövlətimizin mərkəzini bloklayıb. Biz onların planını qırdıq".
Zelenski Rusiyaya səslənib:
"Minlərlə qurban, yüzlərlə məhkum niyə ölmək üçün Ukraynaya göndərildiklərini bilmirlər".