Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Kiyevi elə bu gün ala bilərik'' - Kadırov ukraynalılara müraciət etdi

''Kiyevi elə bu gün ala bilərik'' - Kadırov ukraynalılara müraciət etdi

Tarix: 26 Fevral 2022 21:24

"Ramzan Axmatoviç, biz dünən gecə bura gəldik, üç dəfə hücuma məruz qaldıq. Hücumu dəf etdik, harada olduğumuzu bilmədik".

Sonxeber.net Ukrayna mediasına istinadən bildirir ki, Çeçenistan Prezidenti Ramzan Kadırovun Ukraynaya yolladığı çeçen hərbçilər, daha doğrusu, Rusiya Milli Qvardiyasının çeçen mənsubları Kiyev yaxınlığındakı Qostomel şəhərində yerləşən 3018 saylı hərbi hissəni ələ keçiriblər.

Onlar hərbi hissənin girəcəyində Rusiya və Çeçenistanın bayraqlarını qaldırıblar.

Çeçenistan Prezidenti Ramzan Kadırov isə Ukraynadakı olaylarla bağlı müraciət paylaşıb.

Müraciətdə deyilir: "Əziz ukraynalılar, çıxın bu günü anlamayan şeytanlara deyin ki, başa düşsünlər və silahı yerə qoysunlar, ya da Ukraynanı tərk etsinlər.

Düşünməyin ki, çeçenlər, ruslar və ya başqa millətlər sizi sevmir. Biz hamımız sizi sevirik, heç birimiz müharibə istəmirik. Elə bu gün Kiyevi, Xarkovu, yaxud başqa şəhəri almaq əsla problem deyil. Sadəcə, itkilərsiz yerinə yetirilməli olan tapşırıq var. Hər insan həyatı dəyərlidir. Xüsusi əməliyyatlar məhz bu səbəbdən səliqə ilə aparılır. Rusiyanın heç bir xüsusi təyinatlı birlşəməsi və heç bir hərbi qulluqçusu Ukraynaya döyüşməyə, illah da öldürməyə getmir. Əksinə, onlar Ukraynaya son səkkiz il ərzində dinc əhalinin başına gətirilən oyunlara son qoymaq üçün Ukraynaya yollanıblar.

Ukraynalılara ən xoş duyğular bəsləyirik və təbii ki, ukraynalı hərbçilərlə bölüşəcəyimiz heç nə yoxdur. Bütün suallarımız millətçi-banderaçılara və Çeçen Respublikasının sakinlərini burada öldürəndən sonra Ukraynaya qaçaraq orada gizlənən terrorçularadır. Onlarla məsələni həll etmək istəyirik.

Bir daha təkrarlayıram: Ukrayna xalqına dərin sayğı bəsləyirik, bu ölkəni sevirik. Bundan başqa, onları kənardan kimsə bizim kimi qoruya bilməz.

Yaxşı olardı ki, ukraynalıların özləri çıxaraq banderaçıların, terrorçuların, millətçilərin sonunu gətirsinlər. Sonucda belə də olacaq. Ukrayna gələcəyini özü seçəcək. İstənilən halda, hədsiz uzanmış xaosa nöqtə qoymalıyıq. Yaşamaq, yaratmaq və çiçəklənmək daha yaxşıdır.

Ukrayna daha yaxşı gələcəyə layiqdir və sülhün mümkün qədər tez bərqərar olması məhz ukraynalılardan asılıdır".


Etiketlər:  Kiyevi elə gün bilərik Kadırov ukraynalılara müraciət etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ