Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Fevral 2022 10:48
Rusiyanın Leninqrad vilayətində "Qazprom"un Korporativ Təhlükəsizlik üzrə Vahid Hesablaşma Mərkəzinin baş direktor müavini Aleksandr Tyulyakovun meyiti tapılıb.
Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, 61 yaşlı Tyulyakov intihar edib. O, özünü qarajda asaraq öldürüb. Hadisə fevralın 25-də baş verib. İntiharın səbəbi məlum deyil. "Qazprom" məsələ ilə bağlı açıqlama verməyib.
Qeyd edək ki, Aleksandr Tyulyakov 2014-cü ilin mart ayından Rusiyanın 9 bölgəsinə yanacağın ixracı və daşınması ilə məşğul olan "Qazprom"un 100% törəmə şirkəti olan "Qazprom Transgaz Sankt-Peterburq"da korporativ təhlükəsizlik və insan resursları üzrə baş direktor müavini vəzifəsində çalışıb.