Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya Ukraynaya vaxt verdi: Bu saata kimi gözləyəcəyik

Rusiya Ukraynaya vaxt verdi: Bu saata kimi gözləyəcəyik

Tarix: 27 Fevral 2022 13:56

Rusiya nümayəndə heyəti Qomeldəki görüşlə bağlı Ukraynanın cavabını saat 15:00-a kimi gözləyəcək.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi, Qomeldəki nümayəndə heyətinin rəhbəri Vladimir Medinski deyib.

Qeyd edək ki, Rusiya nümayəndə heyəti Ukrayna ilə danışıqlar aparmaq məqsədilə Belarusun Qomel şəhərinə yollanıb. Ukrayna Prezidenti Vladimir Zelenski isə danışıqların keçirilməsi üçün Rusiyaya Varşava, Bratislava, Budapeşt, İstanbul, Bakı kimi şəhərləri təklif edib və Qomelə nümayəndə göndərməkdən imtina edib.

Milli.Az


Etiketlər:  Rusiya Ukraynaya vaxt verdi Bu saata kimi gözləyəcəyik


RƏYLƏR