Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyanın ən varlı şəxslərindən biri Ukraynadakı hərbi əməliyyatları qınadı

Rusiyanın ən varlı şəxslərindən biri Ukraynadakı hərbi əməliyyatları qınadı

Tarix: 27 Fevral 2022 17:20

Rusiyanın ən zəngin adamlarından biri, "Alfa Bank"ın sahibi Mixail Fridman ölkəsinin Ukraynada apardığı hərbi əməliyyatlara qarşı çıxıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, o, əməkdaşlarına münaqişəni qınayan müvafiq məktub göndərib.

"Münaqişənin həlli olduqca uzaq görünsə də, mən yalnız qan tökülməsinə son qoymaq istəyənlərə qoşula bilərəm. Əminəm ki, tərəfdaşlarım mənim fikrimi bölüşürlər", - deyə Fridman bildirib.

O, Ukraynanın qərbində doğulduğunu və həyatının ilk 17 ilini orada keçirdiyini, valideynlərinin isə hələ də rusiyalı iş adamının sevimli şəhəri olan Lvovda yaşadığını qeyd edib.

"Lakin mən həyatımın çox hissəsini Rusiya vətəndaşı olmuşam, biznes qurub inkişaf etdirmişəm. Mən Ukrayna və Rusiya xalqlarına çox bağlıyam və hazırkı münaqişəni onların hər ikisi üçün faciə hesab edirəm", - Fridman əlavə edib.

Qeyd edək ki, Fridman Ukraynaya qarşı müharibəni açıq şəkildə qınayan ilk böyük rusiyalı iş adamıdır. O, indiyədək siyasi bəyanatlar verməkdən çəkinib.

Xatırladaq ki, Mixail Fridman Rusiyanın ən zəngin şəxlərindən biridir. "Forbes" onun sərvətini 15,5 milyard dollar həcmində qiymətləndirir. Bundan əlavə, Fridman Britaniyanın ən zəngin sakinləri siyahısında 11-cidir.

Milli.Az


Etiketlər:  Rusiyanın ən varlı şəxslərindən biri Ukraynadakı hərbi əməliyyatları qınadı


RƏYLƏR