Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bərdədə quyu var, içməyə suyu var, amma... - VİDEO

Bərdədə quyu var, içməyə suyu var, amma... - VİDEO

Tarix: 28 Fevral 2022 15:24

Quyu da var, suyu da var, amma sakinlər ondan istifadə edə bilmirlər. Bərdədə 1992-ci ilə qədər işlək vəziyyətdə olan quyu hələ də səmərəlidir. Lakin sakinlər quyudan yararlana bilmir. Kənddə əkin sahələrinin suvarılması üçün 1970-ci illərdə qazılan subartezan quyusu 1993- ci ilə qədər işləyib. Sonradan su quyusunun nasosunu və elektrik xətlərini söküb aparıblar. Suvarılma baxımından ciddi çətinlik yaşayan sakinlər quyunun bərpasını tələb edirlər.

Artezian quyusu var ancaq işləmir. Quyunun nasoslarının olmaması hektarlarla torpaq sahəsini susuz qoyub. Görüntülər Bərdə rayonunun Dalğalar kəndindəndir.

Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, kənddə əkin sahələrinin suvarılması üçün 1970 ci illərdə qazılan subartezan quyusu 1993- ci ilə qədər işləyib. Sonradan su quyusunun nasosunu və elektrik xətlərini söküb aparıblar.

30 ilə yaxındır əkin sahələrini suvarmada çətinlik çəkən sakinlər yenidən subartezan quyusunun bərpasını istəyirlər. Sakinlər deyir ki, bu günə qədər quyunu qoruyub saxlayıblar. Hazırda quyuda bol su var.
Sakinlər yaranmış vəziyyətlə bağlı dəfələrlə aidiyyəti dövlət orqanlarına müraciət etsələrdə heç bir nəticə olmadığını deyir.

Məsələylə bağlı Bərdə  rayon subartezan quyuları istismarı idarəsindən bildirilib ki, sözü gedən idarənin balansında olmadığı üçün quyunun yenidən bərpasına onlar cavabdehlik daşımır. Quyunun yenidən istifadəyə verilməsi üçün texniki şərt verilməlidir.Bərdə rayon icra hakimiyyətindən isə bildirilib ki, vətəndaşların müraciəti nəzərə alınaraq artezian quyusunun bərpası ilə bağlı aidiyyəti quruma müraciət ediləcək. Əgər quyunun istismara yararlılığına dair rəy verilərsə müvafiq olaraq texniki şərt üçün aidiyyəti üzrə müraciət ediləcək. 


Etiketlər:  Bərdədə quyu içməyə suyu amma VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ