Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Fevral 2022 18:24
Ümumdünya Taekvondo Federasiyasının (WTF) Rusiya Prezidenti Vladimir Putindən fəxri 9-cu dan qara kəməri geri almaq qərarına gəlib.
Sonxeber.net "report"-a istinadən bildirir ki, bu barədə WTF-in rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, bu addım Ukraynaya hərbi müdaxilə ilə əlaqədar atılıb. Həmçinin qurumun təşkil edəcəyi yarışlarda Rusiya və Belarusun dövlət bayraqlarına və himnlərinin səslənməsinə icazə verilməyəcək.
Bundan başqa, hər iki ölkədə beynəxalq dərəcəli yarışlar keçirilməyəcək.
Qeyd edək ki, Vladimir Putinə fəxri 9-cu dan qara kəmər 2013-cü ilin noyabrında verilib.