Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Fevral 2022 21:34
2 yaşa qədər körpələrdə nəfəs yolu və bronxlarda yad cisimin düşməsi həyati təhlükəlidir və çox rast gəlinir.
Sonxeber.net xəbər verir ki, Samara xəstəxanasının həkimləri 11 aylıq uşağın bronxlarından iri qoz ləpəsi çıxarıblar.
Uşağın anası bildirib ki, uşaq qozlu konfet yeyib.
Səhəri isə öskürək və xışıltı əmələ gəlib.
Ümumi narkoz altında endoskopik yolla bronxdan qoz çıxarılıb.
Həkim bildirib ki, adətən körpələrin nəfəs yoluna iynə, düymə, uşaq oyuncağı batareyası, qəpiklər düşür. /medicina.az