Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Mart 2022 10:32
Avstraliyanın şərq sahillərində baş verən irimiqyaslı daşqınlar nəticəsində ölənlərin sayı on nəfərə çatıb, bir neçə nəfər itkin düşüb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, daşqınlara səbəb Avstraliyanın şimal-şərq və şərq sahillərində uzun sürən leysanın yağması olub.
Nəticədə bu günə qədər təbii fəlakət baş verən ərazilərdən 60 min insanın təxliyə edilməsi barədə əmr verilib, bir neçə yaşayış məntəqəsi tamamilə boşaldılıb, regional magistralların bir hissəsi dağıdılıb.