Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

SSRİ-nin Xalq artist Kiyevdə qalıb: ''Əllərim əsə-əsə yazıram''

SSRİ-nin Xalq artist Kiyevdə qalıb: ''Əllərim əsə-əsə yazıram''

Tarix: 1 Mart 2022 12:25

SSRİ-nin Xalq artisti Sofiya Rotaru hazırda müharibənin davam etdiyi Kiyevdə qalıb.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, müğənni hazırda qorxu və həyəcan içində olduqlarını bildirib:

"Azadlıq və sərbəst yaşamaq çətin başa gəlir. Ancaq bu qədərmi çətindir ki, Rusiya raketləri günahsız insanları öldürür, Ukraynanın şəhərlərini dağıdır. Bu faktlar mənim ürəyimi parçalayır. Bu mətni yazdıqca əllərim əsir. Ukraynada sakitlik və qorunması üçün dua edirik. Əsirəm, çünki bütün Ukraynada döyüşlər gedir. Allah bütün dünyaya və bizə güc versin".

Qeyd edək ki, Rotaru "Ukraynanın qəhrəmanı" və Ukrayna prezidenti tərəfindən verilən "Xalq əfsanəsi" mükafatlarına layiq görülüb.


Etiketlər:  SSRİ Xalq artist Kiyevdə qalıb Əllərim əsə əsə yazıram


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ