Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xarkovda 3 azərbaycanlı ailə metro keçidində qalıb - FOTO

Xarkovda 3 azərbaycanlı ailə metro keçidində qalıb - FOTO

Tarix: 1 Mart 2022 14:38

Üç azərbaycanlı ailə hazırda Xarkovda metro keçidinə sığınıb.

Sonxeber.net xəbər verir ki, ailələrdən birinin üzvü Günel Hümbətova qafqazinfo-ya müraciətində bildirib ki, təxliyə oluna bilmirlər: "Fevralın 24-də şəhərdə atışma başladı. Bir gün yaşadığımız binanın zirzəmisində qaldıq. Amma Ukrayna polisi bizə təlimat verdi ki, oradan çıxmaq lazımdır. Çünki digər binanın zirzəmisinə əli silahlı şəxslər girib camaatı öldürmüşdülər.

Burada 3 azərbaycanlı ailəyik, ümumilikdə 12 nəfərik. Mənim 2 azyaşlı qızım var, neçə gündür metroda yatırıq. Düzdür, dövlət hər cür qida və lazımi əşyalarla bizi təmin edirlər. Uşaq bezinə qədər paylayırlar. Amma yenə də ölkəmizə təxliyə olunmaq istəyirik. Çölə çıxmağa qorxuruq, küçədə atışma gedir".

Həmyerlimiz qeyd edib ki, konsulluqla əlaqə saxlamağa cəhd etsə də, buna nail ola bilməyib.

Məlumat üçün bildirək ki, Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğu ötən gün yaydığı açıqlamada qeyd olunub ki, şəhəri tərk etməyə çalışan bütün azərbaycanlılar martın 1-də saat Cənub vağzalının gözləmə zalında toplanmalıdırlar. Vətəndaşlar kömək üçün +380630470550 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanov deyib ki, fəxri konsulluq ştat rejimində fəaliyyətini davam etdirir: "Konsulluq əməkdaşları Xarkov vilayət ərazisində olan həmvətənlərimizin yerlərinin müəyyənləşdirilməsi və qeydiyyatı prosessini davam etdirir. Ötən 24 saat ərzində müraciət etmiş 300-dən çox soydaşımız qeydiyyata alınıb və onlar təhlükəsizlik məsələləri ilə bağlı təlimatlandırılıb".


Etiketlər:  Xarkovda azərbaycanlı ailə metro keçidində qalıb FOTO


RƏYLƏR