Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Lavrovun çıxışına belə etiraz etdilər - VİDEO

Lavrovun çıxışına belə etiraz etdilər - VİDEO

Tarix: 1 Mart 2022 17:38

Bu gün Cenevrədə keçirilən BMT İnsan Hüquqları Şurasının 49-cu sessiyasında maraqlı hadisə yaşanıb.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, Qərb ölkələri öz hava məkanını Rusiya üçün bağladığından Rusiya xarici işlər naziri Sergey Lavrov və onu müşayiət edən nümayəndə heyəti iclasda iştirak edə bilməyib. Bu səbəbdən də Lavrov toplantıya onlayn formatda qatılıb.

XİN rəhbərinin videomüraciəti demək olar ki, boş bir zala nümayiş etdirilib. Rusiyanın Ukraynaya hücumuna etiraz olaraq əksər nümayəndə heyətləri iclas zalını tərk ediblər. Yəmən, Tunis, Suriya və Venesuela da daxil olmaqla bir neçə dövlətin nümayəndələri içəridə qalıb. Qalan diplomatlar foyeyə çıxıblar.


Etiketlər:  Lavrovun çıxışına belə etiraz etdilər VİDEO


RƏYLƏR