Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Valideyn insandan razıdırsa, Allah da ondan razıdır

Valideyn insandan razıdırsa, Allah da ondan razıdır

Tarix: 1 Mart 2022 22:20

Valideynə yaxşılıq və ya pislik etmək elə əməllərdəndir ki, dünya və axirətdə müsbət və mənfi təsirlərə malikdir.

İmam Sadiq (ə) buyurur: "O kəs ki, can verməyinin asan olmasını istəyir - sileyi-rəhm etsin və ata-anasına yaxşılıq etsin".

İmam Baqir (ə) buyurur: "Ata-anaya yaxşılıq etmək ömrü uzadar".

İslam təlimləri bizə göstəriş verir ki, ata və anamıza ehsan edək. Bu iş - əməli təlimdir ki, uşaqlarımız da bizdən öyrənərlər.

İmam Sadiq (ə) buyurur: "Atanıza hörmət edin ki, övladınız da sizə yaxşılıq etsin".

O zaman ki, insan öz ata və anasına hörmət edər, onları özündən razı edər, nəticəsi budur ki, Allah da ondan razı olar.

Belə ki, Həzrət Peyğəmbər (s) buyurur: "Allahın rizası - valideynin rizasındadır".

İmam Sadiq (ə) buyurur: "Həzrət Musa (ə) Allahla münacat edirdi və bir nəfəri gördü ki, İlahi ərşin kölgəsindədir.

Allaha sual verir ki, bu kimdir ki, Sənin ərşinin kölgəsində qərar tutur? Allah buyurur: "Bu, o kəsdir ki, ata və anasına yaxşılıq etmişdir".

Həzrət Peyğəmbər (s) buyurur: "Bir nəfər Həzrət İsaya (ə) deyir: "Ey xeyir müəllimi! Mənə elə əmələ yol göstər ki, behiştə gedim".

Buyurur: "Aşkarda və gizlində İlahi təvqaya malik ol, ata və anana yaxşılıq et".

Həzrət Peyğəmbər (s) buyurur: "Peyğəmbərlərlə ata və anasına yaxşılıq edənlər arasında bir dərəcə fasilə olar".

Allah o kəsi ki, ata və anasının qəzəbinə səbəb olar, baxmayaraq ki, İlahi itaəti yerinə yetirsə belə, bağışlamaz.

Deyər: "Hər nə istəyirsənsə et, Mən səni bağışlamıram".

Həzrət Peyğəmbər (s) buyurur: "Dörd dəstə vardır ki, Allah Qiyamət günü onlara nəzər salmaz: 1. Ağvalideynlər. 2. Başqalarına minnət edənlər. 3. Qədəri inkar edənlər. 4. Şərabxorlar".

İmam Sadiq (ə) buyurur: "Ağvalideyn behiştə daxil olmaz".

Həzrət Musa (ə) Allaha buyurur: "Pərvərdigara! Filan şəhid dostum haradadır?".

Allah buyurur: "Cəhənnəmdə".

Musa (ə) deyir: "Allahım! Məgər Özün vədə verməmisən ki, şəhidləri behiştə aparacaqsan".

Allah buyurur: "Bəli, ancaq bu şəxs ağvalideyn olmağa təkid edirdi. Mən ağvalideyndən heç bir əməli qəbul etmirəm".

Həzrət Peyğəmbər (s) buyurur: "Ağvalideyn olmaqdan çəkinin. Çünki behiştin iyi minillik yoldan hiss olunar. Ancaq ağvalideyn onu hiss etməz".

İmam Sadiq (ə) buyurur: "Əgər insan ata və anasına zalımcasına nəzər salar, Allah namazını qəbul etməz".

İmam Sadiq (ə) buyurur: "Məlundur, məlundur o kəs ki, ata və anasına vurar. Məlundur, məlundur o kəs ki, ağvalideyn olar".

İmam Rza (ə) buyurur: "Allah ağvalideyn olmağı haram buyurmuşdur. Çünki ağvalideyn olmaq bais olar ki, İlahi itaət tofiqi ondan alınsın".

Həzrət Peyğəmbər (s) buyurur: "Üç dəstə günah vardır ki, Allah onların cəzasında tələsər. Onları axirətə saxlamaz. Onlardan biri də ağvalideyndir".


Etiketlər:  Valideyn insandan razıdırsa Allah ondan razıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ