Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu şəxslərə xurma yemək olmaz - Təhlükəsi

Bu şəxslərə xurma yemək olmaz -  Təhlükəsi

Tarix: 1 Mart 2022 23:45

Yapon xurması adlanan, Azərbaycanda bol yetişən sarı xurma çox faydalı olsa da, bu mövsüm meyvəsi bir çox insanlara zərərlidir.

Bəzi böyrək xəstəlikləri zamanı xurma yemək olımaz. Xurma təbii sidikqovucu olduğu üçün bədəndə artıq mayeni qovur və bu da böyrəkləri yükləyə bilər.

Eləcə də qəbizlikdən əziyyət çəkənlər yeməməlidir. Xurmada olan tanin çoxluğu büzücü effekt verir və bağırsaqları daha da bərkidir.

Günə 3-4 ədəd xurma yedikdə isə mədədə bərk kütlələr - bezoarlar əmələ gələ bilər. Bezoarlar mədə-bağırsaq keçməməzliyinə səbəb olur və müalicə cərrahi yolu ilə aparılır.

Eləcə də bağırsaqlarında şiş olanlar ehtiyatlı olmalıdır.

Bu meyvədə çox miqdar şəkər olduğu üçün diabetlər mövsümündə cəmi 1-2 ədəd yeməklə kifayətlənməlidir.


Etiketlər:  şəxslərə xurma yemək olmaz Təhlükəsi


RƏYLƏR