Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Mart 2022 08:12
Ukraynanın Xarkov vilayətinin Kupyansk şəhərində martın 1-də şəhərin Rusiya qoşunlarına qarşı keçirilən mitinqdə şəhər şurasının deputatı Nikolay Masliy yoxa çıxıb.
Sonxeber.net "report"-a istinadən bildirir ki, bu barədə yerli "Newsroom" nəşri Masliyin həmkarlarına istinadən məlumat yayıb.
Etirazçıların sözlərinə görə, Rusiya hərbçiləri əvvəlcə deputatı danışıq üçün kənara çağırıblar. Sonra atəş açmağa başlayıblar və tüstülü mərmi atıblar. Bundan sonra Masliyi heç kim görməyib.
Onun yerini tapmaq üçün edilən bütün cəhdlər uğursuz olub.
Qeyd edək ki, Kupyanskın sakinləri küçələrə çıxaraq şəhərləri tərk etməyi tələb ediblər. Sakinlər Ukraynanın bayraqlarını qaldırıb, Ukraynanın dövlət himnini oxuyub, "Kupyansk Ukraynadır" şüarını səsləndirib və Rusiya hərbçlərin maşınlarına tərəf qaçıblar. Sakinlər hadisənin videogörüntülərini sosial şəbəkələrdə yayımlayıblar.