Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Doğuşa hazırlaşan qadının bətnindəki körpə tələf olub - Ailə həkimi günahlandırır - VİDEO

Doğuşa hazırlaşan qadının bətnindəki körpə tələf olub - Ailə həkimi günahlandırır - VİDEO

Tarix: 2 Mart 2022 17:12

Bakıda doğuşa hazırlaşan qadının bətnindəki körpənin tələf olduğu məlum olub.

Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, ailə körpənin ölməsində həkimi günahlandırır.

Üçüncü körpələrinin gəlişini səbirsizliklə gözləyən ailə ana bətnində doğumuna bir neçə gün qalmış körpənin tələf olmasına görə həkimi günahlandırır. Bir neçə gün öncəyə qədər bütün tibbi yoxlamalardan keçdiklərini, uşağın və ananın vəziyyətinin normal olduğunu söyləyən həkim, hamilə qadına bir neçə qanartırıcı dərman da yazıb. Bu gün sonuncu yoxlama zamanı aldıqları ağır xəbərin şokunu yaşayan körpənin atası Sənan Hüseynalıoğlu iddia edir ki, yoldaşı İlahə Hüseynova özəl klinikalardan birində Mətanət adlı həkim tərəfindən müayinə olunub. Atanın sözlərinə görə, həkim uşağın tələf olduğunu deyərək, onları 3 saylı Şəhər Klinik Xəstəxanasına göndərib.

Sənan Hüseynalıoğlu iddia edir ki, ona uşağın boğazına ana bətnində ciftin dolaşdığını deyiblər, ancaq o, buna inanmır. 3 saylı Şəhər Klinik Xəstəxanasının doğum şöbəsinin müdiri Arzu Babayeva isə "Xəzər Xəbər"ə açıqlamasında İlahə Hüseynovanın xəstəxanaya artıq bətnində körpəsi öldükdən sonra gəldiyini deyib.

Hamilə qadının keçdiyi müalicə prosesi və baş verən hadisənin təfərrüatları ilə bağlı Mətanət həkimlə isə əlaqə saxlamaq mümkün olmadı. 3 saylı Şəhər Klinik Xəstəxanasından verilən məlumata görə, iddialarla bağlı araşdırma aparılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  Doğuşa hazırlaşan qadının bətnindəki körpə tələf olub Ailə həkimi günahlandırır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ