Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pay torpağı olanlar sosial yardım ala bilərlər - VİDEO

Pay torpağı olanlar sosial yardım ala bilərlər - VİDEO

Tarix: 2 Mart 2022 19:08

Pay torpağı olanların hansı halda ünvanlı dövlət sosial yardımı ala biləcəyi məsələsinə aydınlıq gətirilib.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki,  Dövlət Sosial Müdafiə Fondunun Maddi-məişət şəraitinin müayinəsi üzrə mərkəzi filialının direktoru Nicat İsmayılov bildirib ki, pay yorpağı qeydiyyatda olan şəxs torpaq mülkiyyətçisi kimi qəbul olunur və onun işləməsinə ehtiyac olmur.

Onun sözlərinə görə, pay torpağından istifadə etməyən vətəndaş bunu rəsmiləşdirməlidir ki, sosial yardım ala bilsin.

Nicat İsmayılov bildirib ki, rəsmiləşmədən sonra vətəndaşın ünvanlı sosial yardım üçün müraciəti zamanı həmin pay torpağını bəyan etməsinə ehtiyac qalmayacaq. O bildirib ki, maddi-məişət şəraitinin yoxlanılmasına ailə tərkibi, həyətyanı təsərrüfatda olan mal-qara, ev quşları və sair daxildir. Bir çox hallarda vətəndaşın mexaniki etdiyi səhvlər olur. Bu zaman vətəndaşa məlumat veririlir ki, yenidən müraciət etsin. 

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  torpağı olanlar sosial yardım bilərlər VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ