Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Mart 2022 14:25
Türkiyəli müğənni Murad Dalkılıç açıqlamasıyla diqqət çəkib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, aktrisa Sitarə Akbaşla sevgili olan sənətçi evlilik barədə düşünmədiyini deyib:
"Hazırda evlilik barədə fikirləşmirəm. İmzaya bağlı olaraq kiminləsə birlikdə olmaq istəmirəm. Sitarəylə yaxşı davam edən münasibətimiz var. Hər şey qaydasındadır, evlilik fikirləşmirəm. Sitarə də belə bir şey düşünsəydi, mənə deyərdi deyə, düşünürəm".
Qeyd edək ki, Dalkılıç daha öncə aktrisa Merve Boluğurla evli olub.