Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Mart 2022 17:50
2000-ci illərə damğasını vuran "Hepsi" adlı qrupun 4 qadın solistindən biri olan Yasemin Yürük sosial media hesabında paylaşdığı videoya şərh yazan izləyicisi ilə sərt davranıb.
Sonxeber.net türk mediasına istinadən xəbər verir ki, "Hepsi" qrupu Türkiyədə bir dövrün ən çox izlənilən qruplarından biri idi. Qrupun solistlərindən Yasemin Yürük rəqs anlarının videosunu sosial şəbəkədəki səhifəsində izləyiciləri ilə paylaşıb. Yürükün izləyicilərindən biri bu postun altına "Hər şeyi çəkib göstərmək lazım deyil" yazıb. Bu şərhdən əsəbiləşən Yürük "Yeri gəlmişkən, mən müəliməyəm, tənqid edəndə daha ağıllı ol" deyib.
Musiqini tamamilə tərk edən Yasemin Yürük hazırda fitnes məşqçisi və kikboksinq üzrə məşqçi kimi çalışır. Yürüklə davamçısının dialoqunu təqdim edirik:
Anar Əli