Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2022 09:58
Rusiya və Ukraynanın düşdüyü vəziyyəti görürsünüz də, elə deyilmi? Onlardan dərs alaraq yolumuza davam edəcəyik.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.
"Türkiyənin qarşısında iki yol var: birincisi, ölkəmizin 20 il ərzində böyük zəhmətlə gəldiyi yeri həm iqtisadi, həm hərbi, həm də siyasi baxımdan dünyanın ən yaxşıları sırasında taclandırmaqdır; ikinci yol isə ötən əsrin 90-cı illərinin siyasi qeyri-sabitlik, xaos, iqtisadi çöküş illərinə geri qayıtmaqdır", - Ərdoğan qeyd edib.
Müxalif kəsimi tənqid edən dövlət başçısı bildirib ki, onlar (müxalifət - red.) millətin və ölkənin maraqları ilə bağlı heç bir təklif irəli sürməyi bacarmayıb.