Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2022 11:48
Bosniya və Herseqovina Prezidentliyinin Rəyasət Heyətinin sədri Şəfik Dzaferoviç Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradovu qəbul edib.
Qəbul zamanı Prezident Şəfik Dzaferoviçlə mərkəzin Qərbi Balkanlardakı fəaliyyəti, Azərbaycan Respublikası Prezidentinin himayəsi ilə keçirilən VIII Global Bakı Forumunun artan əhəmiyyəti müzakirə edilmişdir.
VIII Qlobal Bakı Forumunun yekunları və qarşıda gələn IX Qlobal Bakı Forumunun gündəliyi dünyada sülhün, təhlükəsizliyin təmin olunması, müxtəlif regionlarda davam edən münaqiəşələrin həlli yolları ilə bağlı irəli sürülən ideya və təşəbbüslərin əhəmiyyəti vurğulanıb.
Bosniya və Herseqovina Prezidenti Şəfik Dzaferoviçə Nizami Gəncəvinin 880 illiyinə həsr olunan Qələmin Sehri kitabının xüsusi nəşri təqdim olunmuşdur.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov Bosniya və Herseqovinanın sabiq Prezidenti, Mərkəzin üzvü Mladen İvaniç və sabiq Baş nazir Zlatko Laqumdziya ilə də görüşüb.