Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tanınmış həkim: “Pandemiya arxada qaldı“ - “Qadağalar ləğv olunmalıdır“

Tanınmış həkim: “Pandemiya arxada qaldı“ - “Qadağalar ləğv olunmalıdır“

Tarix: 4 Mart 2022 15:18

Son bir həftədir bütün dünyanın diqqəti Rusiya-Ukrayna müharibəsinə yönəlib. Qorxulu röyamıza çevrilən koronavirus demək olar ki, yaddan çıxıb. Virusun arxa plana keçməsinin hansısa fəsadları ola bilərmi?

Sonxeber.net xəbər verir ki, həkim-radioloq Aydın Əliyev yenisabah.az-a açıqlamasında pandemiyanın artıq sonlandığını söyləyib:

"Rusiya-Ukrayna müharibəsi başlamadan öncə "Omikron" ştammı sürətlə yayılmışdı. İki həftə çox çətin günlər yaşadıq.

Lakin virus mutasiyaya uğradıqca zəifləyir, xəstəlik də yüngülləşir. Demək olar ki, artıq pandemiya sonlanır. Türkiyədə açıq və qapalı havada maska tələbi ləğv olundu. Təəssüf ki, bizdə maska məsələsi, cərimələr gəlir yerinə çevrilib. Qapalı məkanlara qəflətən daxil olub, maskası olmayanlara cərimə yazırlar. Düşünürəm ki, bizdə də maska məsələsi ləğv olunsa daha yaxşı olar".


Etiketlər:  Tanınmış həkim Pandemiya arxada qaldı Qadağalar ləğv olunmalıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ