Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Onlara icazəni kim verib? - VİDEO

Onlara icazəni kim verib? - VİDEO

Tarix: 4 Mart 2022 17:32

Bakıda 30-40 sürücü rayonlara sərnişin daşıyan həmkarlarından narazıdır. Söhbət o həmkarlardan gedir ki, avtobusları xarici ölkə qeydiyyat nişanlıdır, bəziləri isə özləri də xarici ölkə vətəndaşıdır.

Sonxeber.net xəbər verir ki, "Xəzər Xəbər"ə müraciət edən sürücülər iddia edirlər ki, Gürcüstan dövlət nömrə nişanlı avtobuslarla şəhərin bir neçə ərazisindən, xüsusilə də bəzi metrostansiyaların çıxışlarından İsmayıllı, Qəbələ, Quba, Qusar və digər turistik bölgələrə sərnişin daşınır. Hətta onlar iddia edirlər ki, şirkət işçilərinin daşınmasını həyata keçirənlər də var. Bu da qanuni fəaliyyət göstərən sürücülərin işinə mənfi təsir edir.

Narazı sürücülər deyirlər ki, ölkə ərazisində sərnişindaşıma üçün lazım olan bütün sənədləri var. Qiymətlərə gəldikdə isə, onlar Tarif Şurasının hər kilometrə görə müəyyən etdiyi qiymətlə işləyirlər.

Bu məqamda ortaya belə bir sual çıxır: xarici ölkə qeydiyyat nişanlı avtomobillə ölkə daxilində sərnişin daşımaq üçün onlara fərqlənmə nişanını kim verib və ümumiyyətlə bu, qanunidir?

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov deyir ki, qanunvericiliyin tələbinə əsasən, xarici qeydiyyat nişanlı taksi və ya avtobus sürücülərinə sərnişindaşıma üçün istər lisenziya, istərsə də fərqlənmə nişanı sənədi verilə bilməz.

Həmin sürücülərin qanunsuz fəaliyyətinin qarşısını almağa gəldikdə isə, nazirlik rəsmisi bildirdi ki, bu, tək onların səlahiyyətinə aid məsələ deyil. Ona görə də bu məsələdə digər aidiyyəti qurumlarla danışıqlar aparılacaq.

Qeyd edək ki, narazı sürücüləri rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini də qəbul edib və onlara problemin araşdırılacağı bildirilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  Onlara icazəni verib VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ