Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2022 21:40
Rusiyanın hücumundan sonra Ukraynanın dinc əhalisi arasında qurbanların sayı hər gün artır.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, BMT-nin yaydığı növbəti hesabata əsasən, müharibənin doqquzuncu günündə azı 331 mülki şəxs həlak olub, daha 675 nəfər yaralanıb.
Ölən 331 nəfərdən 19-u uşaqdır. Agentliyin məlumatına görə, qurbanların əksəriyyəti ağır artilleriya atəşi, çoxsaylı raket sistemlərinin buraxılması, raket və hava zərbələri nəticəsində ölüb.