Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2022 22:52
Avropa İttifaqında (Aİ) istehsalçı qiymətləri indeksi yanvar ayında dekabrla müqayisədə 4,9 faiz, ötən ilin müvafiq ayına nisbətən isə 30,3 faiz artıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Avropa Statistika Bürosu ("Eurostat") məlumat yayıb. Bildirilib ki, Avrozonada isə yanvarda istehsalçı qiymətləri indeksində əvvəlki aya görə 5,2 faiz, keçən ilin eyni ayı ilə müqayisədə 30,6 faiz artım qeydə alınıb.
Hesabat dövründə Avropa İttifaqı ölkələrində istehsalçı qiymətləri illik müqayisədə enerji sektorunda 82,6 faiz, sənayedə isə 30,3 faiz artıb.