Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"FaceApp" gözəlçələri deyilik"- Sevinc - VİDEO

Tarix: 5 Mart 2022 20:15

Müğənnilər Sevinc-Sevil Səfərova fotoşopdan istifadə etdikləri üçün onları tənqid edənlərə cavab verib. 

Milli.Az olay-a istinadən xəbər verir ki, bununla bağlı Sevinc instaqramın hekayə bölməsində video paylaşıb. 

O deyib ki, fotoları peşəkar fotoqraflar tərəfindən lentə alınır:

"Mənim paxıllarım, deyirsiz, o qədər botoks, burun əməliyyatı etdirmisiz. Niyə fotolarda "FaceApp"dan istifadə edirsiniz? Çünki bu professional şəkildir, peşəkar fotoqraf çəkib, onun işıq efektləri var. Bu, reklam üçündür. Yəni, buna görə... Niyə narahatsız ki? Ən önəmlisi odur ki, bizi tək olanda, maskada, papaqda görəndə tanıyırsınız. Demək ki, "FaceApp" gözəlçələri deyilik".

Milli.Az


Etiketlər:  FaceApp gözəlçələri deyilik Sevinc VİDEO


RƏYLƏR