Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya ordusu Xarkov və Volnovaxada hücuma keçib

Rusiya ordusu Xarkov və Volnovaxada hücuma keçib

Tarix: 5 Mart 2022 21:14

Mariupol və Volnovaxada sakitlik rejimi başa çatdıqdan sopnra Rusiya ordusu yenidən hücuma başlayıb.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi general-mayor İqor Konaşekov bildirib.

Konaşekov bildirib ki, sözügedən ərazilərdən heç bir mülki şəxs çıxa bilməyib. Buna görə də saat 18.00-dan etibarən (Bakı vaxtı ilə 20.00) Rusiya silahlı qüvvələri əks hücuma başlayıb.

Xatırladaq ki, təxliyə prosesinin alınmamasına görə tərəflər bir-birini ittiham edir.


Etiketlər:  Rusiya ordusu Xarkov Volnovaxada hücuma keçib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ