Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Mən əfsanəyəm''in davamı çəkiləcək - Uill Smit də olacaq

''Mən əfsanəyəm''in davamı çəkiləcək - Uill Smit də olacaq

Tarix: 6 Mart 2022 15:35

"Mən əfsanəyəm" filminin davamında çəkiləcək.

Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "The Hollywood reporter" məlumat yayıb. Bildirilib ki, 2007-ci il buraxılışının davamında yenidən Hollivud ulduzu Uill Smit rol alacaq. Onunla birgə ekran işində Maykl B.Cordanın da yer alacağı məlum olub.

Həmçinin orijinal filmin ssenari müəllifi və prodüseri Akiva Qoldsman layihədə olacaq. Filmin direktoru hələ təyin edilməyib.

Bununla yanaşı çəkilişlərin və premyeranın başlama tarixi, süjetin təfərrüatları hələlik açıqlanmayıb.

Qeyd edək ki, filmin 2007-ci il buraxılışı dünya üzrə 585 milyon dollardan çox gəlir əldə edib.


Etiketlər:  Mən əfsanəyəmin davamı çəkiləcək Uill Smit olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ