Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Mart 2022 21:50
Çeçenistanın rəhbəri Ramzan Kadırov Ukrayna prezidenti Vladimir Zelenskiyə müraciət edərək, Ukrayna lideri dialoqa hazır olduğu təqdirdə Rusiya prezidenti Vladimir Putinlə görüş təşkil etməyi təklif edib.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, Kadırov bu barədə özünün "Telegram" kanalında yazıb.
"Zelenski, əgər Polşaya getsən, o zaman zindana salınan və sonunda müttəhimlər kürsüsündə vətəninə qayıdan Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin taleyi ilə üzləşəcəksən. Əgər sən Rusiyaya güvənirsinizsə və dialoqa hazırsınızsa, onda mən sizinlə yolun yarısında görüşməyə və şəxsən Rusiya prezidenti Putindən xahiş etməyə hazıram ki, sizə sığınacaq versin və simanızı qorusun", - Kadırov belə sövdələşmə təklif edib.
O, Zelenskidən onunla əlaqə saxlamağı xahiş edib və "Putinlə ümumi dil tapmağa", görüş təşkil etməyə kömək edəcəyinə söz verib.
Kadırov eyni zamanda bəyan edib ki, Ukrayna prezidentinin səlahiyyətləri 2014-cü ildə dövlət başçısı postundan devrilmiş Viktor Yanukoviçə ötürməlidir.
"Bəli, sən istedadlı insansan, yaxşı aktyors, amma siyasətçi deyilsən. İndi isə sənin çiyinlərində həll edə bilməyəcəyiniz problemlər yükü var. Çox gec olmadan mənə müraciət edin və gələcəyiniz haqqında danışaq. Mən şəxsən bunu deyirəm. Ən qısa zamanda qərar verin", - Kadırov müraciətini belə yekinlaşdırıb.
Çeçenistanın rəhbəri bundan əvvəl də Zelenskiyə hakimiyyəti Yanukoviçə təhvil verməyi təklif edib.