Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Atam məni tanımırdı" - Aynur Dadaşova

Tarix: 7 Mart 2022 13:25

"Həmişə sual verirdim ki, nə istəyirsən? Cavab verirdi heç nə, can sağlığı. Ətri, iyi burnuma gəlir. Reanimasiyda yanına getdim, məni tanımadı. Dedim, ata, məni tanıyırsan? Durdu, elə bildi, gəlmişəm onu aparmışam. O qədər övladlarını çox istəyirdi ki...".

Milli.Az axşam.az-a istinadən bildirir ki,  bu sözləri müğənni Aynur Dadaşova "Şourum" proqramında deyib. Sənətçi atası İbrahimi itirməsindən danışıb:

"Güclüyəm, amma danışanda gücüm qalmır. Valideyn nə qədər var, övlad cavan, güclü və gümrahdı. Nə vaxtsa valideyni itirdin, bədənin yarısı yoxdur. Atam bir dəfə demədi problemim var. Ata tərəfdə bizdə ömür qısadır. 66 yaşı yox idi vəfat edəndə. Xəstəxanadan gələndə səhhətində narahatçılıq idi. Dedi ki, balalarıma qurban olum, onlar kimi heç kim mənə baxa bilməz. Yenidən xəstəxanaya apardıq. Ona baxa bilmədim ki, birdən nəsə olar".

Milli.Az


Etiketlər:  Atam məni tanımırdı Aynur Dadaşova


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ