Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məhəbbət Kazımovu ''qarşılarında'' görən oğlu və dostu göz yaşı tökdü - VİDEO

Məhəbbət Kazımovu ''qarşılarında'' görən oğlu və dostu göz yaşı tökdü - VİDEO

Tarix: 7 Mart 2022 13:40

ARB TV-nin "O Üz" verilişinin növbəti buraxılışı müğənni Məhəbbət Kazımova həsr olunub.

Mərhum müğənnin ailə üzvləri və dostları Məhəbbət Kazımovu göz yaşları içində xatırlayıb:

Babək Niftəliyev - Sənət dostu: "Mənə qardaşoğlu deyərdi. Məhəbbət Kazımovun ölüm xəbəri məni çox sarsıtdı. Elə bildim öz doğmam dünyasını dəyişdi. Çünki mən onu həddindən artıq çox sevmişəm".

Rəşid Kazımov: "Xalq üçün müğənni, mənim üçün daha çox ata obrazı idi. Yeri boş qalıb, heç kimi qoya bilmirəm. Laçının mahnısı oxuyanda videolarda da görnürdü, üzü qızarırdı, təzyiqi qalxırdı. Son dövrlərdə həkimlərlə danışdım, dedilər ki, oxumağa qoymayın".

Manaf Ağayev - Sənət dostu:"Torpağını, bayrağını, vətinini belə sevən müğənni görməmişdim. Dəfnində onu tanımayanlar da gəlmişdi. Laçın deyə-deyə getdi, görmədi. Bəlkə də, qələbəni görsəydi ürəyi partlayıb ölərdi. Elə bil məndən getdi. Mənə bənzəyən bir adam idi, xasiyyətimiz uyğun idi. Elə təsəvvür edirəm ki, qolumun biri kəsilib".

Qənimət Kazımov - Qardaşı: "Mehriban, ailəsini sevən biri idi. Azərbaycan xalqı Məhəbbət Kazımovu çox sevirdi, amma Laçın camaatı elə bilirdi ki, yerdə Məhəbbətdir, göydə Allah. Mənə baxıb deyirlər ki, səni Məhəbbət Kazımova oxşadıram, deyəndə ki, qardaşıyam, boynumu qucaqlayıb, üzümdən öpürlər. Getdim qəbiristanlığa, daşı qucaqlayıb dedim ay qardaş, Laçın alınıb. O vaxt millət qəbirstanlığa tökülmüşdü. Nə qədər Laçına gedib gələnlər var idisə, qəbirinə torpaq tökürdü. Böyük olan mən idim, Allah mən mənə qıyardı, ona dəyməzdi".


Etiketlər:  Məhəbbət Kazımovu qarşılarında görən oğlu dostu göz yaşı tökdü VİDEO


RƏYLƏR