Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Mart 2022 20:20
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrel Ukraynadakı vəziyyətə görə 5 milyona qədər qaçqın olacağını proqnozlaşdırıb.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, o, bu barədə Aİ ölkələrinin inkişaf nazirlərinin Fransada keçirilən qeyri-rəsmi görüşündən sonra bildirib.
"Bu, böyük humanitar problem yaradıb. Hazırda Ukraynadan Aİ-yə gedən qaçqınların sayı artıq 1,5 milyonu ötüb. Bu rəqəmlər sürətlə artır və biz onların sayının təxminən 5 milyon nəfərə çata biləcəyindən qorxuruq", - Borrel qeyd edib.