Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yanukoviçin təyyarəsi Minskdən yola düşüb

Yanukoviçin təyyarəsi Minskdən yola düşüb

Tarix: 7 Mart 2022 23:24

Bu gün günorta saatlarında Ukraynanın eks-prezidenti Viktor Yanukoviçin təyyarəsinin Minskə enməsi və onun Vnukovodan (Rusiya hava limanı - red.) uçması barədə məlumat yayılıb.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, hazırda isə Yanukoviçin Minski tərk etməsi ilə bağlı məlumatlar var.

Xatırladaq ki, bir müddət əvvəl kütləvi informasiya vasitələrində Rusiyanın Yanukoviçi Ukrayna prezidenti elan etmək istəməsi barədə məlumatlar yayılmışdı.

Qeyd edək ki, Ukraynada Yanukoviç vətənə xəyanətdə təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrum edilib.


Etiketlər:  Yanukoviçin təyyarəsi Minskdən yola düşüb


RƏYLƏR